“ATEF Şirkətlər Qrupu”nun dövlətə böyük məbləğdə borcu yaranıb

14:49 - 7.09.2021


7 sentyabr, Fineko/abc.az. “ATEF Şirkətlər Qrupu”nun dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlərdən görsənir.

Məlumata əsasən, “ATEF Şirkətlər Qrupu”nun vergi borcu 5 601 423 manatdır.

Bu vergi borcu 06.09.2021-ci il tarixinə olan məlumatdır. Xatırladaq ki, “ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb.

Şirkətlər qrupunun nizamnamə kapitalı 33 892 585 manatdır və qanuni təmsilçisi Emil Əlixanbəyovdur.

 

Bütün xəbərlər