İlham Əliyev - İdmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma...

16:03 - 7.09.2021


7 sentyabr, Fineko/abc.az. Düzdür, idmançılarımız bu dəfə qızıl medal qazana bilmədilər, amma ona çox yaxın idilər. Amma yenə də deyirəm, idmanda məğlubiyyətlər də olur, qələbələr də olur.

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, bütövlükdə idman sahəsində əldə edilmiş nəticələr çox müsbətdir.

"Paralimpiyaçılarımız bizi çox sevindirib və böyük məharət, peşəkarlıq, fədakarlıq göstərərək çoxlu medallar, o cümlədən bir çox qızıl medallar qazanıblar. Əlbəttə ki, bu da çox önəmli hadisədir və biz haqlı olaraq paralimpiyaçılarımızla fəxr edirik”, - deyə dövlət başçısı qeyd edib.

 

Bütün xəbərlər