Ağdam şəhəri minalardan tam təmizlənib

17:15 - 7.09.2021


7 sentyabr, Fineko/abc.az. Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir: "Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir".

 

Bütün xəbərlər