Zaqatalada yerləşən MMC cərimələndi - 20 min manat

11:14 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. Zaqatala rayonunda fəaliyyət göstərən “Dəniz Tədris Kursları” MMC 20 min manat cərimə edilib.

ABC.AZ-ın məlumatına görə, MMC əmək qanunvericiliyinin tələblərinin pozduğu üçün cərimələnib.

Belə ki, şirkətin qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi aşkarlanıb.

Aparılmış yoxlama nəticəsində iş üzrə icraat başlanıb. “Dəniz Tədris Kursları” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

 

Bütün xəbərlər