Kənd bələdiyyəsi 4 şirkət yaradıb - Ağsuda

15:32 - 8.09.2021


8 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Ağsu rayonunun Gəgəli kənd bələdiyyəsinə məxsus 4 şirkəti dövlət qeydiyyatına alıb.

ABC.AZ-ın Report-a istinadən məlumatına görə, bunlar "Axtaçı Obası", “Təmiz Kənd”, “Yerli Media” və “Zəfər Parkı" MMC-lərdir.

Onların hamısının hüquqi ünvanı adı çəkilən kənd, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçiləri isə müvafiq olaraq Aqil Böyükağa oğlu Süleymanov, Həzi Babaxan oğlu Həsənov, Anar Əlisoltan oğlu Həbibov və Pərviz Dədəqulu oğlu Quliyevdir.

 

Bütün xəbərlər