Azərbaycanda maaşlar artırılacaq

10:12 - 9.09.2021


9 sentyabr, Fineko/abc.az. Ortamüddətli dövr (2022-2025-ci illər) üzrə xərclərin proqnozlaşdırılması zamanı əsas götürülən amillər açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilir.

Sənəddə qeyd edilib ki, dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək. Ortamüddətli dövr üzrə xərclərin proqnozlaşdırılması zamanı əmək haqlarının əmək məhsuldarlığı ilə uzlaşdırılmaqla artırılması əsas götürülüb.

 

Bütün xəbərlər