Gələn il təhsilə ayrılacaq vəsait artırılıb - Böyük məbləğ

11:15 - 9.09.2021


9 sentyabr, Fineko/abc.az. 2022-ci ildə təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3 milyard 740 milyon manat vəsait proqnozlaşdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir.

Sözügedən açıqlamada qeyd olunub ki, bu, 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.

 

Bütün xəbərlər