330x110
 

Peyvənd olunmayan təhsil işçiləri ilə bağlı nazirlikdən açıqlama - Detallar

09.09.2021,11:29


9 sentyabr, Fineko/abc.az. Təhsil Nazirliyi vaksinasiya olunmayan təhsil işçiləri ilə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, nazirliyin yaydığı açıqlamada hazırda təhsil işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçdiyi qeyd edilib.

Daha sonra vurğulanıb: "Bununla belə yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulması vacib məsələdir. Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilməyəcək. Bütün təhsil müəssisələrində çalışan işçilər özlərinin və ətrafdakıların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak etməlidirlər.

Həmçinin vaksin əleyhinə əks göstəriş arayışı təqdim edən təhsil işçiləri rəsmi qaydada “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər.

Təhsil Nazirliyi olaraq bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırırıq”.