Dünya sığorta bazarında ciddi canlanma - Sığorta haqları sürətlə artır

11:41 - 9.09.2021


9 sentyabr, Fineko/abc.az. Həyat və tibbi sığortalar istisna olmaqla, digər sığorta haqlarını qlobal həcmi sürətlə artır.

ABC.AZ-ın məlumatına görə,  dünyanın ən iri təkrar sığorta şirkəti "Swiss Re" hazırkı göstəricinin tezliklə pandemiyadan əvvəlki nəticəni də 10% üstələyəcəyini bildirir.

Şirkətin tədqiqat bölümünün hesablamaları göstərir ki, təbii fəlakətlər, xüsusən meşə yanğınları və daşqınların təsiri ilə sığorta haqları artaraq, bu ilin sonuna 6,9 trilyon dollara çatacaq.

 

Bütün xəbərlər