330x110
 

Fransa Azərbaycana pul ayırmaq niyyətindədir - Böyük məbləğ

09.09.2021,14:07


9 sentyabr, Fineko/abc.az. Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana pul ayırmaq istədiyini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə məlumatı Fransanın Azərbaycandakı səfiri Zakari Qros öz tvitter hesabında paylaşıb.

O qeyd edib ki, təmsil etdiyi dövlət Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir.

"Qarabağda minadan təmizlənmə tələb edən ərazilər çoxdur. Bu səbəbdən də, Fransanın ərazilərin minalardan təmizlənməsi üçün bu il 400 000 avro ayırmaq niyyətində olduğu ilə bağlı ANAMA-nı rəsmi olaraq məlumatlandırmaqdan məmnun oldum”, - deyə səfir qeyd edib.