Gürcüstanda bir gündə koronavirusdan 58 nəfər öldü

16:30 - 9.09.2021


9 sentyabr, Fineko/abc.az. Gürcüstanda koronavirusa yoluxma sayında qismən azalma müşahidə olunub.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 2 455 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 4 427 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 572 948 nəfərə çatıb. Onlardan 531 764 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 58 nəfərin ölməsi ilə bərabər ümumilikdə 8 035 nəfər həyatını itirib.

 

Bütün xəbərlər