Nizamnamə kapitalı 100 min manat olan MMC yaradıldı - Qeydiyyata alındı

16:49 - 9.09.2021


9 sentyabr, Fineko/abc.az. Azərbaycanda “Dost Agropark” MMC qeydiyyata alınıb.

ABC.AZ interfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

“Şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir. Rəsmi təmsilçisi Türkiyə vətəndaşı Tuğrul Mehmetdir”, - deyə məlumatda bildirilir.

Şirkət 19 may 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. DVX “Dost Agropark” MMC-nin fəaliyyət növünü açıqlamır.

 

Bütün xəbərlər