Azərbaycanda 8 ayda iqtisadi artım bu qədər olub

12:18 - 10.09.2021


10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi artım 3,6%-ə çatıb, o cümlədən qeyri-neft sektorunda 5,5%-dən çox artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə  iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, iqtisadi artıma təsir edən mühüm amillərdən biri özəl müəssisələr üzrə əsas kapitala yönəldilən investisiyalardır.

"Biz ilin ilk yeddi ayında özəl investisiyalarda 1,7% səviyyəsində artım qeydə almışıq. Ölkənin ixracı 31%, o cümlədən qeyri-neft ixracı 37% artaraq 1,6 mlrd. dollara çatıb. Digər makrofiskal, makroiqtisadi göstəricilər kifayət qədər nikbindir və bir sıra proqnozu üstələyir", - deyə nazir qeyd edib.

 

Bütün xəbərlər