330x110
 

Ağdaşda yeni İstehsal Kooperativi yaradılıb

10.09.2021,15:28


10 sentyabr, Fineko/abc.az. Ağdaş rayonunun Yenicə kəndində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə "Aran" İstehsal Kooperativi yaradılıb.

KOBİA-dan ABC.AZ-a daxil olan məlumata görə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 5 sahibkarlıq təsərrüfatından ibarət kooperativ 57 hektar ərazini əhatə edir.

Kooperativə məxsus torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin, o cümlədən 15 hektar ərazidə nar bağının salınması, 42 hektarda isə taxıl, qarğıdalı, çəltik və yonca əkilməsi nəzərdə tutulur.