Rövnəq Abdullayev: Yeni yataqlardan ilk məhsullar 2020-2021-ci illərdə əldə ediləcək

16:01 - 6.04.2018


6 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayev  “Yeni Azərbaycan” partiyasının saytına müsahibə verib.

Rövnəq Abdullayev müsahibəsində deyib ki, yeni yataqların işlənməsi  üzrə bir çox mühüm qərarlar qəbul edilib.

“Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər.  Düşünürəm ki, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik”, - Rövnəq Abdullayev belə deyib.

O bildirib ki, Abşeron yatağında Total şirkəti ilə birgə işlərə və “Ümid” yatağının işlənməsinə başlanılıb. Həmçinin, ARDNŞ-in  rəhbəri,  “Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinin başlanmasını bildirdi.

“ARDNŞ artıq öz imkanları ilə 6 min metrdən artıq dərinlikdə anomal yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazmasını uğurla həyata keçirir”, - deyə Rövnəq Abdullayev bildirib.

 

Bütün xəbərlər