Hər il Almaniyada 400 min miqranta ehtiyac var - Bu sahələrdə işçi çatışmır

10:31 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. Almaniyanın işçi qüvvəsinə olan ehtiyaclarını qarşılamaq üçün ildə 400 min yeni miqranta ehtiyac var.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Məşğulluq Agentliyinin sədri Detlef Şeele açıqlama vürib.

O qeyd edib ki, Almaniyada ixtisaslı işçi qüvvəsi qıtlığı var və bu qıtlığı aradan qaldırmaq üçün xarici miqrantlar tələb olunur.

"Kondisionerlərə texniki qulluqdan tutmuş, logistika mütəxəssislərinə və alimlərə qədər: hər yerdə ixtisaslı işçi qıtlığı olacaq", - deyə Şeele bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər