Səkkiz ayda mobil rabitə xidmətlərindən bu qədər gəlir əldə edilib

10:51 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, sözügedən dövrdə Azərbaycandakı mobil rabitə xidmətlərindən əldə olunan gəlir 638,1 mln. manat təşkil edib.

Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,5%-ni təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər