330x110
 

Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 10% azalıb - Hesabat

13.09.2021,11:35


13 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın əsas kapitalına 8 milyard 259,4 milyon manat məbləğində vəsait yönəldilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sözügedən dövrdə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,1% az vəsait yönəldilib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,5%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 11,3% azalıb.

Müəllif: Elmir Murad