İpoteka və Kredit Zəmanət Fondu xətti ilə verilən məbləğ açıqlanıb

11:53 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. Bu günə qədər Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) xətti ilə 35 416 borcalana 1 900,902 milyon manat məbləğində ipoteka krediti verib.

ABC.AZ xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 233,278 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 991 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər