Rusiya planşet istehsalına başlayıb

14:12 - 13.09.2021


13 sentyabr, Fineko/abc.az. Rusiyada yerli mikroprosessor əsasında planşet və digər ağıllı qadcetlərin istehsalı planlaşdırılır.

ABC.AZ xəbər verir ki, ötən həftəsonu artıq Rusiyada “Skif” adlı yerli çipin təqdimatı keçirilib.

Öz göstəricilərinə görə iPhone 6 və iPad Air çipləri ilə müqayisə olunan və planşetlərdə, smartfonlarda, “ağıllı” kameralarda, robotexnologiya komplekslərində istifadə oluna bilən “Skif”ə bəzi istehsalçılar artıq maraq göstərməyə başlayıb.

Xatırladaq ki, iPad Air-in ilk modeli 2013-cü ildə, iPhone 6 isə 2014-cü ildə satışa buraxılıb.

 

Bütün xəbərlər