330x110
 

Agentlik tibbi yardım avtomobilləri alır - Tender

14.09.2021,11:31


14 sentyabr, Fineko/abc.az.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 65 ədəd təcili tibbi yardım avtomobillərin satın alınması məqsədilə tender elan edir.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 15.10.2021 15:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25.10.2021 17:00 qədər təqdim etməlidirlər.

Tenderdə iştirak haqqı 500 AZN-dir.