Altı ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 13.2 milyard dollar olub - Hesabat

12:29 - 14.09.2021


2021-ci ilin 6 ayı üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 13.2 milyard dollar təşkil edib.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə neft-qaz sektoru üzrə 6.4 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 2.9 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 3.5 milyard dollar həcmində profisit yaranıb.

Hesabat dövründə Azərbaycanın dünyanın 172 dövləti ilə ticarət əlaqələri olub.

Xarici ticarətin 13.6%-i MDB üzvü olan dövlətlərin, 86.4%- i isə digər xarici dövlətlərin payına düşür.

Bütün xəbərlər