330x110
 

Azərbaycanın daha 11 müəssisəsi Rusiyaya alma sata biləcək - İcazə verildi

14.09.2021,14:28


14 sentyabr, Fineko/abc.az.  Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 11 müəssisəsinə ölkəyə alma ixrac etmək üçün icazə verib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı “Rosselxoznadzor” yayıb.

Məlumatda qeyd olunub ki, “Rosselxoznadzor” Azərbaycan ərazisində alma istehsalı müəssisələrində aparılan fitosanitar monitorinqin nəticələri əsasında, həmçinin Respublikanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə 2021-ci il sentyabrın 14-dən başlayaraq Azərbaycanın 11 müəssisəsinə Rusiyaya alma ixrac etmək üçün icazə verir.