Elə işləyin ki, vətəndaşlar sizdən razı olsunlar - Prezident yeni başçıları qəbul edib

14:45 - 14.09.2021


14 sentyabr, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar Sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, bu gün dövlət başçısı hər iki yeni təyin olunmuş icra başçısını videoformatda qəbul edib.

Prezident qəbul zamanı bəzi vacib məsələlərə toxunaraq qeyd edib: "Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar".

Bütün xəbərlər