16:01 - 14.09.2021
14 sentyabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
KOBİA-dan ABC.AZ-a daxil olmuş məlumata görə, bunlar "VATT" MMC-nin telefonlar üçün şarj cihazlarının mobil tətbiq vasitəsilə icarəsinə dair “Powerbank rental” layihəsi, "ALT SERVİCE" MMC-nin fasiləsiz elektrik enerjisi üçün “Ağıllı şəbəkə cihazı”, fərdi sahibkar Təbriz Zeynalovun məişət xidmətlərinin alqı-satqısı üzrə “www.cagir.az” onlayn platforması və "TECHFİN" MMC-nin bulud tipli onlayn mühasibatlıq proqramı olan “www.hesabat.az” layihəsidir.
“Startap” şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024