Şəmkrin yeni icra başçısının bioqrafiyası

16:09 - 14.09.2021


14 sentyabr, Fineko/abc.az.  Bildiyiniz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə Rəşad Ənvər oğlu Tağıyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

ABC.AZ xəbər verir ki, Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib, 2020-ci ilin dekabrında azad edilmişdi.
Ailəlidir, iki övladı var

Bütün xəbərlər