Hesablama Palatası TƏBİB-də yoxlama aparıb

17:16 - 14.09.2021


 14 sentyabr, Fineko/abc.az.  Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb.

ABC.AZ-ın məlumatına görə, başa çatan audit yoxlamalar 2019-2020-ci illəri əhatə edib. Yoxlamalar agentlik tərkibində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib.

Qeyd edək ki, audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

Bütün xəbərlər