Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İndoneziya Respublikasının xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachirlə görüşdü

16:52 - 6.04.2018


Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İndoneziya Respublikasının xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachir arasında görüş keçirildi.

Görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr barədə fikir mübadiləsi aparıldı.

Qeyd olundu ki, iki ölkə arasında mədəniyyət və turizm sferaları üzrə əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, İndoneziya mədəniyyətinin təbliği istiqamətində ölkəmizdə keçirilən mədəniyyət tədbirləri, o cümlədən İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq iki dəfə Bakıda təşkil olunan İndoneziya Mədəniyyət Festivalı müsbət töhfə verməkdədir.

Görüşdə həmçinin Azərbaycan və İndoneziya arasında birbaşa aviareyslərin açılması və ya müqəddəs yerlərin ziyarəti məqsədilə İndoneziyadan gələn turistlər üçün ölkəmizə səfərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olundu.

Bütün xəbərlər