330x110
 

Prezident Avropa İttifaqında səfir təyin edilməsi barədə Sərəncam verdi

15.09.2021,15:20


15 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri V.İ.Sadıqovun eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin başçısı təyin edilib.