Bu rayonda arıçılıq təsərrüfatları yaradılacaq

15:30 - 15.09.2021


15 sentyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə əməkdaşlığı ilə Kürdəmirdə arıçılıq təsərrüfatları yaradılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, qurumun həyata keçirdiyi Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və GIZ-in həyata keçirdiyi “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması” ("ECOserve") layihələri çərçivəsində Kürdəmir rayonundan olan və layihələrə müraciət edən qadın fermerlər üçün təlimlər keçirilib.

 

Bütün xəbərlər