AMEA-da alüminium kompleks sənaye emalının təşkili ilə bağlı komissiyanın iclası keçirilib

17:14 - 6.04.2018


 İclasda AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev alüminium sənayesinin tarixi və mövcud vəziyyəti haqqında danışıb. Bildirib ki, vaxtilə respublikada alüminium sənayesinin əsasını təşkil etmiş “Gəncə Gil-torpaq” müəssisəsində xammal kimi yerli Zəylik alunitdən və xaricdən idxal olunan boksit filizlərindən ilkin alüminium istehsalı üçün istifadə edilib. 2000-ci ildə “Azəralüminium” ASC yaradıldığını qeyd edən akademik sonralar respublikanın alüminium istehsalı müəssisələrinin yenidən bərpa olunaraq istehsala başladığını deyib.

 Akademik Strateji Yol Xəritəsinin prioritet istiqamətlərdən biri olan alunit emalının inkişaf etdirilməsi və bu sahədə mövcud potensialdan danışıb. Bu istiqamətdə hədəflərin müəyyənləşdirilməsi məqsədilə gələcəkdə əlaqədar qurumlarla birgə fəaliyyət, o cümlədən layihələrin həyata keçirilməsi üçün infrastrukturun yaradılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunub.

Sonra çıxış edən AMEA “YT Park”ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev alüminium istehsalının artırılması və kompleks sənaye emalının təşkili sahəsində komissiyanın qarşısında duran vəzifələrdən danışıb. Direktor həmçinin alunit emalı istiqamətində AMEA-nın “Azərbaycan Sənaye Korporasiyası” ASC (“ASK” ASC) ilə əməkdaşlıq imkanlarından da söz açıb. Qeyd edib ki, təşkilat ölkə başçısı İlham Əliyevin 6 noyabr 2017-ci il tarixli Fərmanı ilə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, eləcə də dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulmasına nail olmaq məqsədilə yaradılıb.

V.Babayev “ASK” ASC ilə birgə layihələrin icrası üçün atıla biləcək addımlar, yaxın gələcəkdə gözlənilən inkişaf perspektivləri barədə də fikirlərini  səsləndirib.

 İclasda AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya üzrə elmlər doktoru Çingiz Qaşqay alunit filizi yataqlarının aşkar edilməsi məqsədilə respublika ərazisində aparılmış geoloji-kəşfiyyat işlərindən söz açıb. Alim alüminium istehsalından öncə sınaq üçün pilot komplekslərin tikilməsinin məqsədəuyğun olduğunu söyləyib.

 Daha sonra çıxış edən AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev AMEA-nın müvafiq institutlarının elmi-texniki potensialı və təcrübəsindən yararlanmağın vacibliyini qeyd edib.

İclasda AMEA Kataliz və Qeyri-üzvü Kimya İnstitutunun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru Arif Heydərov, texnika üzrə fəlsəfə doktoru Telman İsrafilov və digərləri çıxış edərək istehsal zamanı müasir texnoloji üsulların tətbiqi, ekoloji təhlükəsizlik 

Bütün xəbərlər