Azərbaycan internetin sürətinə görə geriləyib - 167-ci sıradadır

16:49 - 15.09.2021


15 sentyabr, Fineko/abc.az. Böyük Britaniyanın "Cable.co.uk" agentliyi yüksək sürətli internetlə bağlı dünya ölkələri üzrə statistikanı açıqlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, qlobal İnternet Sürət Cədvəli 30 iyun 2021-ci il tarixinədək 224 ölkəni əhatə edən 12 ay ərzində 1,1 milyarddan çox sürət testi əsasında tərtib edilib. Cari ilin reytinq cədvəlində Azərbaycan 167-ci yerdə qərarlaşıb.

Reytinq cədvəlinə görə, Azərbaycan internetin orta sürəti 6,63 Mbit/s olub.

Nəticədə Azərbaycanın mövqeyi əvvəlki siyahı ilə müqayisədə 25 pillə geriləyib.

Belə ki, 2019-cu ildə bu qurumun reytinq cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yerdə, 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə isə 102-ci yerdə olub.

"Cable"ın reytinq cədvəllərinə əsasən, son illərdə Azərbaycan internetin sürəti zəifləyib.

 

Bütün xəbərlər