Səkkiz ayda Azərbaycan pambıq lifi ixracını artırıb - Hesabat

10:12 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. 2021-ci ilin 8 ayı ərzində  (yanvar-avqust) Azərbaycandan statistik dəyəri 145 milyon 65 min dollar olan 94 min 358 ton pambıq lifi ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu Dövlət Gömrük Komitəsinin aylıq hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, 2020-ci ilin 8 ayı ilə müqayisədə pambıq lifi ixracı dəyər ifadəsilə 1,9 dəfə, miqdar ifadəsilə 1,6 dəfə artıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycandan 77 milyon 629 min dollar dəyərində 58 min 165 ton pambıq lifi ixrac edilmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər