Azərbaycan 8 ayda qaz ixracını kəskin artırıb - Hesabat

11:27 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 13 milyard 241 milyon 763,48 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 47,2% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 18,17%-i (2020-ci ilin yanvar-avqust ayında 17,24%) qaz ixracının payına düşüb.

Hesabat dövründə Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $2 milyard 350 milyon 391,96 min (artım 38%) təşkil edib.

 

Bütün xəbərlər