Azərbaycanın ən çox qaz ixrac etdiyi ölkələr - Siyahı

11:50 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi  2021-ci ilin yanvar-avqust aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 13 milyard 241 milyon 763,48 min kubmetr təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ölkəmiz 2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə $1 milyard 89 milyon 818,18 min dəyərində 7 milyard 309 milyon 619,31 min kubmetr, Gürcüstana $268 milyon 509,14 min dəyərində 2 milyard 157 milyon 509,14 min kubmetr qaz ixrac edilib.

Qeyd olunan dövrdə İtaliyaya $836 milyon 241,79 min dəyərində 3 milyard 46 milyon 941,26 min kubmetr, Yunanıstana $127 milyon 571,4 min dəyərində 424 milyon 205,61 min kubmetr, Bolqarıstana $22 milyon 464,97 min dəyərində 150 milyon 749,16 min kubmetr qaz ixrac edilib.

Beləliklə, 8 ay ərzində Avropaya $986 milyon 278,16 min dəyərində 3 milyard 621 milyon 896.03 min kubmetr həcmində qaz ixrac edilib.

Bundan əlavə, Azərbaycan İrana $5 milyon 786,28 min dəyərində 152 milyon 446,53 min kubmetr qaz ixrac edib.

 

Bütün xəbərlər