Azərbaycan süd idxalını azaldıb - 14 faizdən çox

12:03 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycana 5 min 887 ton süd idxal edilib.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu həcmdə südün dəyəri 8 milyon 292 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 milyon 303 min ABŞ dollar (28,4% ) və 976 ton (14,2%) azdır.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0,11%-ini təşkil edib.

 

Bütün xəbərlər