330x110
 

Valyuta hərracında banklar 64,6 milyon dollar əldə etdilər

16.09.2021,13:41


16 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 16-da baş tutmuş valyuta hərracında banklara $64,6 mln satılıb ki, bu da ötən hərracla müqayisədə $3,7 mln və ya 5,42% azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $64,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.