“Standard Insurance”ın əmlakı satılır - Hərraca çıxarıldı

14:55 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil, onların ümumilikdə hərrac qiyməti olan 1.750.000 (bir milyon yeddi yüz əlli min) manatdan 10% aşağı olmaqla, yəni 1 milyon 575 min manata təkrar (II) açıq hərraca çıxarılıb. 

ASC “Standard Insurance”-ın Ləğvetmə komissiyasından ABC.AZ-a verilən məlumata görə, təkrar hərrac  “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən  21 sentyabr 2021-ci il tarixində saat  11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.

Təkrar hərracda iştirak üçün 78.750 (yetmiş səkkiz min yeddi yüz əlli)  manat məbləğində beh, hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək ödənilməlidir.

 

Bütün xəbərlər