Rusiyada şirə istehlakı nə qədər olacaq? – Proqnoz

16:54 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. 2021-ci ildə Rusiyada şirə istehlakı 2020-ci ilin səviyyəsində proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Şirələr, Su və İçkilər İstehsalçıları Birliyinin  açıqlamasında deyilir.

Sözügedən proqnoz təxminən 2,3 milyard litr deməkdir.

Açıqlamada bildirilir ki, 2020-ci ilin sonuna Rusiyada meyvə məhsullarının ümumi istehlakı 2,3 milyard litr təşkil edib.

"Cari ilin məlumatları göstərir ki, 2021-ci ildə göstəricilər təxminən eyni səviyyədə qalacaq", - məlumatda deyilir.

 

Bütün xəbərlər