Bakıda 5 restoranda pozuntular aşkarlandı – Siyahı

17:31 - 16.09.2021


16 sentyabr, Fineko/abc.az. Ötən gün ölkə üzrə 412 ictimai iaşə obyektində 702 monitorinq keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən ABC.AZ-a verilən məlumata görə, monitorinqlər zamanı 10 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., ev 2 ünvanında yerləşən, fiziki şəxs Eyyubov Cahangir Ehtibar oğluna məxsus “El-Chacho” restoranı;

3.  Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəs., G. Məmmədov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Elvin Qalib oğluna məxsus “Qəbələ” restoranı;

4. Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küç., döngə 7 ünvanında yerləşən, fiziki şəxs Cəbrayılov Tale Hafis oğluna məxsus “Qədim Şamaxı” restoranı;

5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, fiziki şəxs Həsənov Yusif Qurban oğluna məxsus “Baskal” kafesi.

 

Bütün xəbərlər