330x110
 

Neft ucuzlaşır, Brent bir barelə $75,41 təşkil edir

17.09.2021,09:59


17 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən ticarət zamanı etalon markaların qiyməti azalmaqdadır.

Saat 9:45-də London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,26 (0,34%) ucuzlaşaraq bir barel üçün $75,41 təşkil edib. Sentyabrın 16-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $0,21 (0,28%) artaraq bir barelə $75,67  təşkil edib.

Saat 9:45-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,23 (0,32%) enərək bir barel üçün $72,38 təşkil edib. Sentyabrın 16-da baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers dəyişməyərək bir barelə $72,61 təşkil edib.

Bu həftənin əvvəlindən Brent markalı neft 3,77%, WTI – 4,15% bahalaşıb.

Ekspertlərin proqnozlarına görə, Brent neftinin qiyməti 2021-ci ilin sonunda bir barel üçün $75 təşkil edəcək, daha sonra 2022-ci ilə $70 qədər düşəcək.