Startapçılara daha bir dəstək - Yeni razılaşma əldə olundu

11:23 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi və “Azərbaycan Sənaye Korporasiyası” ASC ölkədə startap layihələrinə birbaşa dəstək göstərmək sahəsində razılıq əldə ediblər.

İnnovasiyalar Agentliyindən ABC.AZ-a verilən məlumata görə, tərəflərin birgə əməkdaşlığına dair sənədi Agentliyin startaplara dəstək və akselerasiya şöbəsinin müdiri Murad Rəhimov və ASC-nin korporativ xidmətlər departamentinin direktoru Azad Aslanov imzalayıb.

Belə ki, təsnifatlaşdırma prosesindən keçən və sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə ixtisaslaşan startaplar innovativ layihələrini “Azərbaycan Sənaye Korporasiyası”nın regionlardakı müvafiq istehsalat sahələrində təcrübə edərək sınaqdan keçirə biləcəklər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər