Azərbaycanda yeni aqrar şirkət yaradıldı - Qaxda fəaliyyət göstərəcək

11:37 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. “AGA Group” Qaxda daha bir aqrar şirkət yaradıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “AGA Agro” MMC adlı şirkəti dövlət qeydiyyatına alınıb.

Şirkət 100 manat nizamnamə kapitalı ilə Qaxda qeydiyyata alınıb və qanuni təmsilçisi Hikmət Bağmanov Kamal oğludur.

“AGA Group”un Şəki, Qax və Qarabağda fındıq bağları yaradıan “Monte Ferro” MMC adlı şirkəti də var.

Bu şirkət hazırda 2 000 hektardan çox ərazidə fındıq kolları əkib.

Yeni təsis edilmiş “AGA Agro”nun yaradılmasında məqsəd digər aqrar sahələrdəki fəaliyyətlə əlaqəli olacaq.

 

Bütün xəbərlər