330x110
 

Təhsil tələbə kreditləri nə vaxt veriləcək?

17.09.2021,11:55


17 sentyabr, Fineko/abc.az. Oktyabr ayının əvvəli üçün təhsil tələbə kreditlərinin verilməsi planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli təlimdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək.

N.Məmmədli onu da bildirib ki, təhsil tələbə kreditlərindən həm bakalavr, həm də magistrlar yararlana biləcək.

"Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib" deyə o qeyd edib.