“Azəryaşlandşaft” ötən ili zərərlə başa vurub

12:00 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) 2020-ci ili 23,621 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 2,177 milyon manat xalis mənfəətlə çıxmışdı.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, ötən il səhmdar cəmiyyətinin gəlirləri 9,735 milyon manat (əvvəlki ilə nisbətən 21% az), xərcləri 8,898 milyon manat (4,8% az), asılı və birgə müəssisələr hesabına zərəri 24,454 milyon manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 3 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Azəryaşlandşaft”ın aktivləri 60,559 milyon manat olub ki, bu da illik müqayisədə 29,7% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri kəskin azalaraq 3 min manata, balans kapitalı isə 28,1% azalaraq 60,555 milyon manata düşüb.

Xatırladaq ki, “Azəryaşlandşaft” ölkə prezidentinin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 4 milyon manatdır.

 

Bütün xəbərlər