Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib - Siyahı

14:38 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. Ötən ay Azərbaycana gəlmiş turistlərin sayı açıqlanıb.

ABC.AZ-ın Dövlət Turizm Agentliyinə istinadən məlumatına görə, sözügedən dövrdə Rusiyadan 25 min 499, Türkiyədən 21 min 139, İrandan 10 min 650, Gürcüstandan 5967, BƏƏ-dən isə 1609 əcnəbi gəlib.

Avqustda ölkəyə gələn turistlərin ümumi sayı 77 min 119 təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 145% çoxdur. Belə ki, 2020-ci ilin avqustunda ölkəyə 31 min 434 turist gəlmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər