2030-cu ilədək metrostansiyaların sayı 77-dək artırılacaq - Açıqlama

15:51 - 17.09.2021


17 sentyabr, Fineko/abc.az. “2011-ci ildə təsdiqlənmiş “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək.

Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar “Yaşıl”, “Qırmızı”, “Sarı”, “Bənövşəyi” və “Mavi” xətlərdir. Bütün stansiyaların tikintisinin 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulub”.

ABC.AZ Modern-ə istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni inşa edilən xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq, “28 May” stansiyasındakı kimi bir-biri ilə kəsişməyəcək.

 

Bütün xəbərlər