330x110
 

Türk lirəsi yüksələcək - Proqnoz

20.09.2021,10:44


20 sentyabr, Fineko/abc.az. Avrozonada iqtisadi və siyasi risklərin artması, EUR/USD məzənnəsinin ucuzlaşmasına səbəb olur.

ABC.AZ xəbər verir ki, təhlillərə əsasən, son ucuzlaşma dalğası 1.16$-a kimi davam edə bilər. 

Foreks bazarlarında dolların yenidən möhkəmlənməsi, GBP/USD məzənnəsinin də ucuzlaşmasına səbəb olur və bunun 1.36$-a kimi davam edəcəyi ehtimal edilir.

Türk Lirəsi də yeni faiz qərarı öncəsi təzyiq altında qalmaqda davam edir. Beləliklə, son bir həftədə 3%-dən çox bahalaşan USD/TRY məzənnəsi, 8.79TL-yə kimi yüksəlməkdə davam edəcəyi proqnozlaşdırılır.

Müəllif: Elmir Murad