330x110
 

Dövlət xidməti yeni şirkəti qeydiyyata aldı

20.09.2021,11:23


20 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "ASK Tütün" MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, yeni şirkət "Azərbaycan Sənaye Korporasiyası" ASC (ASK) ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanında qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 6 milyon 148 min  675 manat, qanuni təmsilçisi isə Eldar Hüseyn oğlu Məmmədovdur.

O, həm də ASK-ya məxsus "Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin direktorudur.