330x110
 

Azərbaycan 8 ayda Gürcüstandan neçə minik avtomobili idxal edib?

20.09.2021,11:56


20 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Gürcüstandan idxal eydiyi minik avtomobillərinin sayı açıqlanıb.

ABC.AZ xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib ki, sözügedən dövrdə 163,2 milyon ABŞ dolları dəyərində 24 508 ədəd minik avtomobili idxal edib.

Məlumata əsasən, illik müqayisədə avtomobillərin sayı 9 519 ədəd və yaxud 63,5 % artıb.

8 ayda Gürcüstandan təkrar ixrac olunan maşınların ümumi dəyəri 293,3 milyon ABŞ dollarına bərabər olub ki, bunun da 55,6 %-i Azərbaycanın payına düşüb.